STANDARTLARIMIZ

8 PİLLARS – 8 SÜTÜN

Hər bir insan və ailə üçün mənzil alışı xüsusi bir hadisədir. Bu hadisə çox zaman xoş hadisələrlə – evliliklə, yeni evlad doğumu ilə və ya bir yatırımla bağlı olur. Biz bu cür seçimlər üçün xüsusi bir standart hazırladıq. Marketinqdə məşhur olar konseptləri nəzərə alaraq hazırlanmış bu standart mənzil alışı zamanı “nələrə diqqət etməliyəm” sualına bir cavabdır. 8P adlanan bu standart vasitəsi ilə SİZ mənzil seçiminin sütünlarını anlayacaq və bu işdə rahat nəfəs salacaqsınız.

Project | Layihə

Mənzil alarkən onun necə layihələndirilməsi çox vacib məsələdir. Layihədəki mənzil ölçüləri, istifadə ediləcək materialların keyfiyyəti, işin icra qrafiki qərar vermək üçün əsasdır.

Bizim təklifimiz: Layihələndirmə işinin keyfiyyətli təşkili bizim layihəmizdə əsas məsələlərdən biridir. Mənzillər optimal şəkildə layihələndirilmiş, landşaft sakinlərin rahatlığına uyğunlaşdırılmış, açıq sahə istirahət üçün maksimum geniş nəzərdə tutulmuşdur.

Place | Məkan

Mənzil əldə etmək istəyənlər üçün onun yerləşməsi, infrastruktura yaxınlığı, şəhərin aktiv həyatına yaxınlığı vacib məqamlardır.

Bizim təklifimiz: My Home layihəsi şəhərin ən perspektivli, ən aktiv zonalarından biri olan Qara Qarayev metrosunun tam ətrafında yerləşir. Bundan əlavə şəhərin bu hissəsində elektrik, qaz, su və kanalizasiya təminatı yüksək səviyyədə təşkil olunmuşdur.

Physical Environment | Fiziki mühit

Böyük şəhərlərin aktiv həyatı özünlə bərabər bir çox problemləri də gətirir. Hərəkət çətinliyi, ailə üzvlərinin bərabər vaxt keçirməsindəki problemlər, sosial aktibliyin azalması, uşaqların təhsili, əyləncəsi və digər məsələləri xüsusi qeyd etmək lazımdır ki, insanlar seçim zamanı yaşayış kompleksinin ətraf mühitinə diqqətlə yanaşırlar

Bizim təklifimiz: Layihəmiz yerləşdiyi ərazinin ətrafında çox funksiyalı sosial obyektlər – kinoteatr, alış-veriş mərkəzləri, park, məktəb, idman salonları və digərləri piyada hərəkət məsafəsində yerləşmişdir.

Price | Qiymət

1 Mənzil əldə etmək istərkən onun qiyməti qərar vermədə aparıcı faktordur

Bizim təklifimiz: Bizim layihədəki mənzil qiymətləri orta bazar qiymətindən 30 % nisbətində ucuz olacaqdır. Bunun əsas səbəbi layihənin dövlət layihəsi olduğu üçün burda torpağın əldə edilməsi üçün və digər xərclər yoxdur.

Payment Plan | Ödəmə planı

Mənzil alarkən qiyməti münasib olsa belə əhalinin böyük əksəriyyətinin nəğd alış üçün vəsaiti olmur

Bizim təklifimiz: Müştərilərimizin büdcə imkanlarını nəzərə alaraq biz müxtəlif ödəmə planları hazırlamışıq ki, bu istənilən müştəri kateqoriyasının ehtiyacını qarşılayacaqdır.

Payback Period | Yatırımın geri dönüşü

İnsanlar mənzil alarkən ona xərclənən vəsaitin hər zaman dəyərli olması arzusundadırlar. Hətda bəziləri mənzil alışına bir yatırım kimi baxır. Və bu yatırımın geri dönüşünün qısamüddətli olmasını arzulayır

Bizim təklifimiz: Layihəmizin perspektivli bir yerdə yerləşməsi, dövlət layihəsi olması və digər amillər ona qoyulan hər bir manatın daha da dəyərlənəcəyinə əminik. Hesab edirik ki, layihə təhvil verildikdən sonra onun qiymət minimum 50 % daha yuxarı olacaqdır. Və sizi burada yatırım yatırmağa dəvət edirik.

Professional Services | Peşəkar xidmət

Günümüzün ən böyük problemlərindən biridə Yaşayış Kompleksi təhvil verildikdən sonra ona göstəriləcək xidmət, onun keyfiyyəti və səviyyəsidir

Bizim təklifimiz: Mənzil alan sakin şirkətin çox uzunmüddətli müştərisi olur və onun haqqında informasiya daşıyıcısına çevrilir. Müştəri məmnuniyyəti, onların davamlı olaraq rahat olması və potensial müştərilərə müsbət informasiya ötürməsi hər bir inşaat şirkətinin gələcyinin təminatıdır. Bütün bunları nəzərə alaraq Şirkətimiz peşəkar komndası ilə Yaşayış Kompleksi təhvil verdikdən sonra təmizlik, mühafizə, binanın qorunması və sair xidmətləri əhatə edən peşəkar xidmət göstərəcəkdir.

Personal & Family Convenience | Fərdi və Ailəvi rahatlıq

Yaşayış kompleksinin yaxşı ərazidə yerləşməsi, ətrafında mükəmməl infrastukturun olması hələ bu layihənin özündə lazımı şəxsi və ailəvi rahatlığını olması demək deyil. Bir çox sakinlər yaşadıqları ərazidə aşağı səviyyəli sosial infrastrukturda şikayət edirlər

Bizim təklifimiz: My Home layihəsinin konseptinin təməlində fərdi və ailəvi rahatlığın maksimum təmin edilməsi ideyası durur. Şirkətimiz bu layihədə “Vahid Məkanda Geniş Mənzil” konseptini təqdim edir. Əslində burada iki konsept birləşdirilir:
Vahid Məkan – Burda sakinlərin kütləvi şəkildə əylənməsi və istirahət etməsi üçün nəzərdə tutan sosial infrastrukturlar nəzərdə tutulur.
Geniş Mənzil – Bu bizim təklif etdiyimiz əlavə imkanlardır ki, bu zaman sakinlər fərdi və ya ailəvi şəkildə bu obyektlərdən istifadə edə bilərlər.