KONSEPTİMİZ

Böyük şəhərlərdə həyat dinamikdir, rəngarəngdir, əyləncəlidir. Geniş mədəni zənginlik, müxtəlif əyləncə və istirahət imkanları, moda və alış-veriş imkanları böyük şəhəri daha da cəlbedici edir. Bakı ölkəmizin paytaxtı və iqtisadi mərkəzi olaraq bu xüsusiyyətləri artıqlaması ilə özündə birləşdirir. Sakinlərinin xüsusi istəkləri və tələbləri mövcuddur. Şəhərin böyüklüyü, trafik çətinlikləri, ailə fərdlərinin bərabər az vaxt keçirməsi yeni tələblər formalaşdırmaqdadır. Artıq Bakı sakinləri sosial ehtiyaclarına xüsusi diqqət yetirir, fərdi və ailə rahatlığına kifayət qədər vaxt ayırmağa başlayıblar. Bu da yeni tipli Yaşayış Komplekslərinə ehtiyac əmələ gətirmişdir. Şəhərin aktiv canlılığı qorumaqla ″Vahid Məkan” tipli Yaşayış Kompleksi artıq yeni yaşayış standartına çevrilmişdir.

Və biz daha da irəli gedərək ”Vahid Məkanda Geniş Mənzil″ Konseptini hazırladır. Vahid Məkan konseptində bütün sosial ehtiyaclar qapalı məkanda qarşılanırsa bizim konseptdə bununla yanaşı sakinlər üçün Fərdi və Ailəvi rahatlıq üçün də xüsusi məkanlar nəzərdə tutulmuşdur. Layihəmizdə müxtəlif sosial infrastrukturlar – açıq əyləncə və istirahət sahələri, açıq idman sahələri, alış-veriş mərkəzi, ehtiyac uyğun müxtəlif mağazalar nəzərdə tutulmuşdur.

″Geniş Mənzil” konsepti isə sakinlərin fərdi şəkildə, dostlarnan və ya ailə ilə bərabər vaxt keçirəcəyi, istirahət edəcəyi və əylənəcəyi sahələri əhatə edən yenilkikçi bir ideyadır. Bu konseptin əsas prinsipi odur ki, sakin qabaqcadan həmin obyekti sifariş edir və ancaq onun özü bunu istifadə edir. Məsələn Siz dostlarınızla kinoya baxmaq istəyirsinizsə o zaman kiçik ödənişlə Mini Kinotetatr-ı bron edirsiniz və istədiyiniz filmə baxırsız.

mini-otel-otagi
Mini otel otağı

Sizin də özəl oteliniz olsun!

Mənzil alarkən evə gələcək qonaqlar və qohumlar üçün ayrıca bir otağın olması şərt kimi qəbul edilir. Lakin bunun özü də bir yatırımdır həm də az yatırımdır. Bizim kompleksdə sırf sakinlərin qonaqlarına xidmət edəcək mini otel nəzərdə tutulmuşdur. Cüzi bir icarə haqqı ilə siz bu yüksək təminatlı otağı icarəyə götürərək həm qonaqlarınızı rahat edə bilərsiniz həm də yüksək xərcdən azad ola bilərsiniz!

ushaq-oyun-zali
Uşaq oyun zalı

Övladlarınız gözümüz önündə əylənsin!

Artıq uşaqlarınız nəzarətsiz və uzaq oyun zallarına göndərməyiniz ehtiyac yoxdur. Bunun üçün hətda mənzilinizdə əlavə yer ayırmaq da lazım deyil. Davamlı yenilənən və mükəmməl avadanlıqlar təchiz olunmuş oyun zalımızı siz istədiyiniz zaman tam nəzarətdə kirayələ bilərsiniz! Burda övladlarınız üçün istənilən növ idman avadanlıqları təmin ediləcəkdir.

ders-otagi
Dərs otağı

Gələcək nəsillər evinizdə yetişsin!

Övladlarınız hazırlığı üçün xüsusi şərait və müəllim hazırlığı üçün kənara getməyə ehtiyac qalmaycaq! Xüsusi dərs otağında siz övladlarınızın hazırlığı və tərbiyəsi üçün müəllim və təlimçini bura çağıra biləcəksiniz!

ferdi-restroran
Fərdi restoran

Menyusu sizin istəklərinizə uyğun restoran xəyal deyil!

Ailənizlə, dostlarınızla istədiyiniz vaxt sərbəst şəkildə restoran havası olan bir yerdə oturmaq artıq xəyal olmayacaq. Sakinlərimiz üçün fərdi restoran istənilən vaxt sizin xidmətinizdədir.

ad-gunu-otagi
Ad günü otağı

Ad günləri fərqli bir xatirələrə çevriləcək!

Ad günü keçirmək üçün nə özəl restoran nə də özəl otağa ehtiyac yoxdur. Layihəmizdə nəzərdə tutulan ad günü otağı ad günü keçirmək üçün bütün vasitələrlər təchiz olunaraq xidmətinizə veriləcək. Burada siz öz istəyinizə uyğun ad günü keçirə biləcəksiniz.

playstation-otagi
Playstation otağı

Oynamaq artıq övladlarınızın xəyalı deyil, tərbiyə vasitəsidir!

Playstation artıq hər bir uşağın arzusu deyil sanki gündəlik əylənmə tərzidir. Artıq sizin yenilənən avadanlıqlar və disklər almaq probleminiz olmayacaq. Sizin nəzarətinizdə övladlarınız istədikləri vaxt bu cür yeniliklərlə əylənə biləcəklər!

kinoteatr-otagi
Fərdi kinoteatr

İstədiyiniz filmə istədiyiniz kimi baxın!

Az bir icarə haqqı ilə siz mükəmməl şəraitlə təchiz olunmuş kinoteatrda istədiyiniz filmə baxa bilərsiniz.

fitnes-otagi
Fitnes otağı

Burada idman hərəkətləri sərbəstdir!

Sakinlərimiz istədikləri vaxt və istədikləri dostları ilə fitnes otağını icarəyə götürməklə istədikləri kimi idmanla məşğul ola bilərlər!